Ağciyərlərin süni ventilyasiyası üçün yeni cihaz hazırlanıb

33

İngiltərə tədqiqatçıları ağciyərlərin süni ventilyasiyası üçün ucuz cihaz yaradıblar.Alimlər yeni cihazın təsvirini Frontiers in Medical Technology jurnalında təqdim etmişlər.

Cihaz CPAP müalicəsi üçün nəzərdə tutulmuşdur – orta və şiddətli COVID -19 xəstələrində nəfəs almağa kömək edən daimi müsbət hava təzyiqi ilə ağciyərlərin süni ventilyasiyası.

Adətən, cihazdakı elektrik ventilyatoru üz maskası, klapandakı oksigen axınını idarə edən filtr və çıxış borusundan ibarət olan tənəffüs dövrəsinə bağlıdır. Cihaz xəstənin ehtiyaclarından asılı olaraq dörd fərqli hava təzyiqi istehsal edə bilir.

Sağlam könüllülər üzərində aparılan testlər zamanı cihaz hipoksiyaya və ya hiperkapniyaya – qanda karbon qazının çox olmasına yol vermədən qanın oksigenlə doymasını lazımi səviyyədə saxlaya bildi (96 %-dən 100 %-ə qədər).

Prototipin komponentlərinin ümumi dəyəri təxminən 150 funt (təxminən 15 min rubl) və CPAP cihazlarının orta qiyməti 600 funt (təxminən 61 min rubl) təşkil edir. Alimlər cihazın adambaşına aşağı və orta gəlirli ölkələr üçün nəzərdə tutulduğunu vurğulayırlar.Cihazın klinik sınaqları Uqandada aparılır.

 

PAYLAŞ