Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük atributları təqdim olunub

0
188

Azərbaycan Milli Elmlər Akademiyası akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlüyü rəsmiləşdirilib. Belə ki, bu gün görkəmli akademikə adıçəkilən Akademik Birliyinə üzvlüyü təsdiq edən atributlar təqdim olunub. Həmin atributlara döş nişanı, sertifikat, üzvlük vəsiqəsi və möhür daxildir.

Qeyd edək ki, Oksford Akademiyanın Ekspertlər Şurası AMEA akademikinin beynəlxalq səviyyəli elmi fəaliyyətini yaxından izləməsini və apardığı tədqiqatlarının müsbət nəticələrinin müasir cəmiyyətdə elmin və istehsalın inteqrasiyasının inkişafına verdiyi töhvəni yüksək qiymətləndirərək belə bir qərar qəbul ediblər. Oksford Akademik Birliyində hesab edirlər ki, bu üzvlük akademik V.Fərzəliyevin elmi fəaliyyətinin Avropa və bütün dünyada daha da tanıdılmasına, həmçinin, cəmiyyəti onun elmi tədqiqatlarının nəticələri, innovasiya və nailiyyətlərlə bağlı məlumatlamdırmağa əlavə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, Oksford Akademik Birliyi 2014-cü ildə Avropa Rektor klublarının bazası əsasında dünya elmi və biznes cəmiyyətinin tələbi ilə yaradılmışdı. Bununla bağlı memorandum dünyanın 30 ökəsinin tanınmış rektor, müəllim və alimləri tərəfindən imzalanmışdır.

Birliyin təsis olunmasında əsas məqsəd də XXI yüzillikdə elm və təhsilin inkşafı üçün alimlərinin səylərinin birləşdirilməsi, həmçinin müasir istehsalda yeniliklərin tətbiqinin təşviq edilməsidir.

SHARE