Alimlər qaranlıqda görməyə imkan verən eynəklər yaradıblar

527

Avstraliya və Avropa alimləri, adi eynəklərin səthinə çəkilən ultra nazik təbəqə vasitəsilə qaranlıqda aydın şəkildə görmə imkanı verən inqilabi bir texnologiya yaradıblar.Bu haqda məqalə  Advanced Photonics-də dərc olunub.

Avstraliya Milli Universitetinin tədqiqatçıları İtaliya, Böyük Britaniya, Almaniya, Fransa və Bolqarıstandan olan həmkarları ilə birlikdə nanometrik ölçülü kristallar əsasında insan gözünə görünməyən infraqırmızı işığı bir görüntüyə çevirə bilən incə bir təbəqə yaradıblar.

Universitetin press-relizində məqalənin ilk müəllifi Dr.Rosio Camaço Morales yazır: “Biz görünməzi görünən etdik. İnsanın saçından yüz qat daha incə nanokristallardan ibarət nazik təbəqə birbaşa eynəklərə tətbiq oluna bilir və qaranlıqda görməyə imkan verən filtr rolunu oynayır.”

Müəlliflərin fikrincə, yeni texnologiya son dərəcə yüngül və ucuzdur, onun kütləvi istehsalı da asandır, bu da gecə görmə cihazlarına çox perspektivli bir alternativdir. Sonuncunun istehsalı üçün kriogen dondurma tələb olunur və onun istehsalı da bahalıdır. İnfraqırmızı görüntü təbəqələrini isə alimlər otaq temperaturunda  yaradırlar. Bundan əlavə, o daha rahatdır. İşlərində ağır gecə görmə cihazlarından istifadə edən peşəkarlar – hərbi, polis və təhlükəsizlik işçiləri daim boyun ağrısından şikayət edirlər. Eynək şəklində olan yeni cihaz adi insanlar, məsələn, yük maşını sürücüləri tərəfindən də istifadə oluna bilər.

İnfraqırmızı işığı görünən işığa çevirən nanokristallar ilk olaraq İngiltərədəki Nottingem Trent Universitetinin Elm və Texnologiya Fakültəsindəki Qabaqcıl Optik və Fotonika Laboratoriyasında istehsal edilmişdir.

PAYLAŞ