Alimlər zəka səviyyəsini göz bəbəyinin ölçüsünə görə hesablamağı öyrəniblər

783

Corciya Texnologiya İnstitutunun bir qrup tədqiqatçısı, 18-35 yaş arası 500 Atlanta könüllüsünün göz bəbəyinin ölçüsü ilə zəka arasındakı əlaqəni araşdırmışlar. Könüllülərə düşüncə, diqqət və yaddaşla bağlı testlər təklif olunmuşdu. Müəyyən edilmişdir ki, göz bəbəyinin genişlənməsi təkcə həyəcan və ya yorğunluq göstərmir, o həm də zəkada fərdi fərqlərin göstəricisi ola bilər. Göz bəbəkləri nə qədər böyükdürsə, zəka bir o qədər yüksəkdir, bu haqda mütəxəssislər Cognition jurnalında dərc olunan araşdırmasında deyilir.

Zəka testlərində ən yüksək və ən aşağı bal toplayanlar arasındakı göz bəbəklərinin ölçüsündə olan aydın görünürdü. Bu göz bəbəklərinin ölçüsü böyük olan insanların zəka və yaddaşla əlaqəli sahədə daha yaxşı beyin fəaliyyətinə malik olması ilə əlaqədar ola bilər. Bundan əlavə, alimlər göz bəbəklərinin ölçüsü ilə yaş arasında olan əlaqəni də qeyd etmişlər: yaşlı könüllülərin göz bəbəkləri, bir qayda olaraq, daha kiçikdir.

Göz bəbəklərinin ölçüsü, lokus coeruleus kimi tanınan bir sahə – yuxarı beyin sapındakı mavi ləkə ilə əlaqələndirilir və o, sinirlər vasitəsilə beynin qalan hissələrinə yayılır.

Alimlər tədqiqatın nəticəsini belə ifadə etmişlər: göz bəbəklərinin ölçüsü böyük olan insanlar beynin bu sahəsindəki prosesləri daha yaxşı tənzimləyirlər ki, bu da onun idrak və funksional qabiliyyətlərini yaxşılaşdırır.

PAYLAŞ