Almaniyada adi sudan aviasiya yanacağı istehsal edən ekozavod işə salınıb

1231

Almaniya hökuməti su, karbon qazı və elektrik enerjisindən istifadə edərək təyyarə yanacağı istehsal edən zavod açıb. Layihə aviasiya sənayesini daha ekoloji baxımdan təhlükəsiz etmək məqsədilə istixana qazlarının emissiyalarını azaltmaq üçün hökumət proqramının bir hissəsidir.

Sintetik kerosin, yaxınlıqdakı külək stansiyalarının enerjisindən istifadə edərək, sudakı hidrogenin atmosferdəki karbon qazı ilə reaksiyası vasitəsilə alınır. Yeni yanacaq karbon neytraldır, belə ki  reaksiya üçün lazım olan elektrik enerjisi bərpa olunan mənbədən istifadə etməklə yaradılır və təyyarə mühərriklərinin işlədiyi zaman yanacaq istehsalı zamanı havadan alınan qədər eyni miqdarda karbon qazı buraxılacaq.

Qlobal istixana qazı emissiyalarının 2,5%-i aviasiyanın payına düşür. Alman şirkətinin açılması bu rəqəmin azaldılması istiqamətində növbəti addımdır. Kömür, neft və təbii qazın yanması dövrü tədricən başa çatır.

Hələlik  yeni qurğu gündə səkkiz bareldən çox olmayan sintetik yanacaq istehsal edə bilər. Müqayisə üçün qeyd edək ki, kommersiya aviaşirkətləri 2019-cu ildə 2,3 milyard barel yanacaq istifadə edib. İqlim dəyişikliyi ilə mübarizə daha təmiz aviasiya texnologiyasına böyük investisiyaların qoyulmasını tələb edir

PAYLAŞ