“Amazon” satıcısız 3 min mağaza açmaq istəyir

1904

“Amazon” şirkəti 2021-ci ilədək kassasız, satıcısız və növbəsiz şəkildə işləyən 3000-dək avtomatlaşdırılmış supermarket istifadəyə verməyi planlaşdırır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, şirkət 2016-cı ilin sonunda Siyetldə “Go” adlı ilk avtomatlaşdırılmış supermarketini açıb. 1 ay əvvəl Siyetldə ikinci belə supermarket istifadəyə verilib. Üçüncü belə mağaza ötən həftə Çikaqoda açılıb.

Belə mağazadan istifadə etmək üçün alıcı öz smartfonuna mobil tətbiq quraşdırmalı, bundan sonra cihazı supermarketin girişində quraşdırılmış oxuducu qurğuya yaxınlaşdırmalıdır. Bundan sonra məhsulu seçərək zənbilə qoymaq olar. Mağazada qurulmuş “ağıllı” sensor və skanerlər sistemi məhsul və onun qiymətini müəyyənləşdirəcək. Mağazadan çıxarkən zənbilə əlavə edilmiş məhsulların yekun qiyməti alıcının hesabından avtomatik çıxılacaq. Hansısa məhsulu geri qaytarmaq üçün onu, sadəcə, öz yerinə qoymaq lazımdır.

http://qafqazinfo.az/news/detail/amazon-saticisiz-3-min-magaza-acmaq-isteyir-230404

 

PAYLAŞ