AMEA AKI-də Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

245

AMEA AKİ-də İnstitutun Mülki Müdafiə Qərargahının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə institutun rəhbərliyi  və əməkdaşları iştirak etdilər.

Tədbiri açan institutun direktoru akademik Vaqif Fərzəliyev mülki müdafiənin məqsəd və vəzifələrindən danışdı. O qeyd etdi ki, mülki müdafiənin əsas vəzifəsi əhalini fövqəladə hallar zamanı xüsusi davranış qaydalarına riayət etməyi və fərdi mühafizə vasitələrindən istifadəni  öyrətməkdir. Bu baxımdan o, Bakı şəhərinə baş vermiş torpaq sürüşmələri və zəlzələ zamanı insanların bütün qaydalara əməl etmələrinin vacibliyini vurğuladı.

Tədbirdə institutun Mülki Müdafiə Qərargahının rəisi Hüseyn Dünyamalıyev ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq  məlumat verdi. O qeyd etdi ki, yaranmış vəziyyətdə hər kəs karantin rejiminin qaydalarına ciddi riayət etməli, məsuliyyətlə öz vəzifəsini yerinə yetirməlidir. O, fövqəladə hallar zamanı əhalinin hazırlığının təmin edilməsinin  mülki müdafiə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdıraraq milli iqtisadiyyatın qorunması üçün güclü mülki müdafiə sisiteminin olmasının vacibliyini vurğuladı.

PAYLAŞ