AMEA Aşqarlar Kimyası İnstitutu alimlərinin məqaləsi “SOCAR proceedings” jurnalında dərc olunub

249

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçiləri, kimya üzrə fəlsəfə doktorları – Sabir Babayev, Nəzər Nəzərov və Sevinc Qocayevanın birgə müəllifi olduqları məqalə “Scopus” bazasına daxil olan “SOCAR proceedings” jurnalında dərc olunmuşdur (file:///C:/Users/Lenovo/Downloads/122_125_Babayev_et_al.pdf ).

İnstitutdan bildirilib ki, məqalə birmərhələli üçkomponentli kondensləşmə reaksiyaları nəticəsində sintez olunan pirimidintionların bəzi çevrilmələri və antioksidant xassələrinin müfəssəl öyrənilməsindən bəhs edir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, pirimidintoinların çevrilmə məhsulları karbohirogenlərin oksidləşməsinin qarşısını alan daha təsirli inhibitorlardır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun rəsmi nəşri olan “SOCAR Proceedings” jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

PAYLAŞ