AMEA Aşqarlar Kimyası İnstitutu alimlərinin növbəti beynəlxalq səviyyəli məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

1294
OC.indd

Azərbaycan Milli Elmlər Akademiyası akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri – elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev, kimya üzrə elmlər doktoru Sabirə Sərdarova, kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova və II kurs magistrantı Nərgiz Məcdinin türk həmkarları ilə birgə beynəlxalq müştərək tədqiqatlar çərçivəsində əldə etdikləri mühüm nəticələrlə bağlı məqalə beynəlxalq bazada referatlaşdırılmış nüfuzlu “Archiv der Pharmazie” xarici jurnalında (Parham Taslimi,  Afsun Sujayev,  Muhammet Karaman,  Nastaran Sadeghian,  Sabiya Osmanova,  Sabira Sardarova,  Nargiz Majdi,  Handan U. Ozel,  İlhami Gulcin, N-Substituted pyrimidinethione and acetophenone derivatives as a new therapeutic approach in diabetes, Archiv der Pharmazie, 2020, 6, https://doi.org/10.1002/ardp.202000075) dərc olunub.

Məqalə tərkibində azot-, kükürd saxlayan yeni birləşmələrin sintezi, “molekulyar dokinq” yolu ilə diabet əleyhinə fizioloji fəallığının öyrənilməsində yeni yanaşmalara həsr olunmuşdur.

“Web of Science” və “Scopus” bazasına daxil olan dünyaca məşhur “Wiley” nəşriyatının nüfuzlu jurnallarından biri hesab olunan“Archiv der Pharmazie”nin impakt faktoru 2.145-dir. Biokimya, farmakologiya, tibbi və molekulyar biologiya sahəsində ixtisaslaşmış bu jurnal tibb, kimya və biologiyanın multidissiplinar tədqiqatları ilə bağlı mühüm nəticələri mütəmadi olaraq yayımlayır.

 

PAYLAŞ