AMEA Aşqarlar Kimyası İnstitutunda  “Ən yaxşı məruzə” müsabiqəsi keçirildi

0
280

Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyası akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə gənc tədqiqatçılar arasında 2017-ci il üzrə “Ən yaxşı məruzə” müsabiqəsi keçirildi. Müsabiqənin şərtlərinə görə, bu mükafata institutda çalışan və yüksək elmi nəticələr əldə etmiş  gənc tədqiqatçılar layiq görülə bilərdi.

Müsabiqədə iştirak edən bütün namizədlərin hazırladıqları məruzələr İnstitut Elmi Şurasında dinlənildi. Aparılmış müzakirələrdən sonra  İnstitutunun Mükafat üzrə Ekspert Komisiyasının qərarı ilə gənc tədqiqatçılardan Könül Qəhrəmanova 1-ci, Mənsurə Hüseynova 2-ci və Günel Məhərrəmova 3-cü yerə layiq görüldü. Günay İsmayılovaya həvəsləndirici mükafat təqdim edildi.

SHARE