AMEA Aşqarlar Kimyası İnstitutunda akademik Əli Quliyevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək

869

29-30 may 2022-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun təşkilatçılığı ilə üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, keçmiş SSRİ-də sürtkü yağlarına, yanacaqlara və xüsusi mayelərə aşqarlar kimyasının əsasını qoymuş kimyaçılardan biri, respublikanın əməkdar elm xadimi, Azərbaycan və iki dəfə SSRİ Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və ilk direktoru olmuş akademik Əli Musa oğlu Quliyevin 110 illik yubileyinə həsr olunmuş “Müxtəlif təyinatlı üzvi maddələr və kompozision materiallar” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. İnstitutdan verilən məlumata görə, konfransın elmi proqramında “Yağlara, yanacaqlara və xüsusi mayelərə aşqarlar, polimer materiallarına stabilizatorlar”, “Kompozision materiallar”, “Neft və qaz hasilatı və emalında istifadə olunan reagentlər”, “Aşqarların, reagentlərin və kompozision materialların sintezi və tətbiqinin ekoloji aspektləri”, “Zərif üzvi sintez və bioüzvi kimya” və “Kompüter kimyası” bölmələri üzrə olmaqla plenar, şifahi və stend məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Məruzələr 2022-ci ilin aprel ayının 1-dək qəbul ediləcək.

Konfransın rəsmi dili Aazərbaycan, rus və ingilis dilləridir.

Məlumatda qeyd edilir ki, konfransın keçirilmə forması davam edən pandemiya şəraiti ilə əlaqədar respublikada həmin vaxtdakı karantin şərtləri nəzərə alınmaqla müəyyən ediləcək.

PAYLAŞ