AMEA Aşqarlar Kimyası İnstitutunda dissertantlar innovativ elmi tədqiqatlara cəlb olunublar

458

27 may 2019-cu il tarixdə AMEA Aşqarlar Kimyası İnstitutunda elmi seminar təşkil olunub. Bu dəfəki seminar İnstitutun dissertantlarının apardıqları elmi tədqiqatların əsas nəticələrin müzakirəsinə həsr olunub. Seminarda AKİ-nin “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasının dissertantı Könül Qəhrəmanova “Pestisidlərin biovasitələrlə əvəz edilməsi və zərərinin aradan qaldırılması”, “Yanacaqlara aşqarlar” laboratoriyasının dissertantı Ulduz Cəfərova “Norbornen sırasının asetilen tərkibli birləşmələri neft hasilatı üçün perspektivli bakterisidlərdir”, “Transmissiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyaları” laboratoriyasının dissertantı Günay İsmayılova “Yağlayıcılıq xassələrini yaxşılaşdıran kükürd saxlayan birləşmələr” və “Polimer aşqarlar” laboratoriyasının dissertantı Lamiyə Kazımzadə “Karbon turşusunun allil efirinin üçlü birgə polimeri sürtkü yağlarına özlülük aşqarı kimi” aktual mövzularda maraqlı məruzələr təqdim etdilər. Hər bir dissertant son bir ildə apardıqları elmi-təcrübi araşdırmalar zaman əldə etdikləri mühüm nəticələr, onların elmi və praktik əhəmiyyəti, tətbiqi imkanları haqqında məruzə etdilər, seminar iştirakçıların suallarını cavablandırdılar.

Sonda İnstitutun qabaqcıl mütəxəssisləri tərəfindən hər bir məruzə müsbət qiymətləndirildi.

 

PAYLAŞ