AMEA Aşqarlar Kimyası İnstitutunda elmi fəaliyyəti ilə fərqlənən alimlər mükafatlandırılıb

124

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyəti ilə fərqlənən alimlərin mükafatlandırılması tədbiri keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 2016-2018-ci illər üzrə elmi işçilərin elmi fəaliyyətinin qiymətləndirilməsi aparılıb. Bu zaman İnstititutda çalışan baş, aparıcı, böyük, kiçik elmi işçilərin son son 3 il ərzində elmi fəaliyyətləri araşdırılıb. Məqsəd alimlərin əməyinin stimullaşdırılması, onların elmə həvəsləndirilməsi üçün sağlam rəqabət mühütinin yaradılması olub.

V.Fərzəliyev bildirib ki, qiymətləndirməyə 82 elmi işçi cəlb olunub. Bu zaman onların həmin müddətdə elmi əsərlərin sayı, patentlər, impakt faktorlu jurnallarda məqalə çapı, beynəlxalq və respublika konfranslarında iştirak, yüksək ixtisaslı kadr hazırlığı, qrant layihələrində iştirakı, elmmetrik göstəricilər kimi meyarlar əsasında  fəaliyyətlərinin qiymətləndirilməsi aparılıb.

İnstitut rəhbəri qeyd edib ki, bu qiymətləndirmənin nəticələrinə görə  “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasının baş elmi işçisi, texnika elmlər doktoru, dosent Elmira Nağıyeva I yer, “Motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Bella Musayeva II yer, “Polimer aşqarlar” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Həmidova III yer tutublar. Onlara müvafiq olaraq “Məhsuldar tədqiqatçı alim” diplomu və pul mükafatları təqdim olunub.

V.Fərzəliyev sonda bildirib ki, bu qiymətləndirmə bundan sonra hər il aparılacaq.

 

PAYLAŞ