AMEA Aşqarlar Kimyası İnstitutunda elmi işçilərin fəallığının artırılması yolları müzakirə olunub

196

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev öncə bildirib ki, artıq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 31 may 2020-ci il tarixindən etibarən dövlət müəssisələrində çalışan işçilərin sayı ilə bağlı məhdudiyyət ləğv edilib, ona görə bu elmi tədqiqat İnstitutunda da bütün işçilərin işə davamiyyəti bərpa olunub: “Lakin koronavirus təhlükəsinin yayılmaması üçün bəzi tədbirlər gücləndirilib. Belə ki, artıq qoruyucu maskadan istifadə etməməyə görə cərimələr tətbiq olunacaq. Eyni zamanda səhiyyə və elmi müəssisələrdə çalışanların iş yerlərində də qoryucu maska istifadə etmələri məcburidir. Ona görə hər bir işçi istər iş yerində, istərsə də işə gedib-gələn zaman ictimai nəqliyyatda qoyulan qaydalara ciddi əməl etməlidir”.

O, laboratoriya və müvafiq şöbə rəhbərlərinə işçilərin işə davamiyyətinə və qoryucu maska, dezinfeksiya vasitələrindən istifadə və eləcə də laboratoriyalarda sosial məsafə saxlanılması tələblərinə riayət etmələrinə nəzarət olunması göstərişini verdi.

V.Fərzəliyev sonra təhsilini başa vuran magistrantların dissertasiya işlərinin ilkin müzakirəsinin təşkili, əsas müdafiəyə hazırlığı ilə bağlı metodiki göstərişlərə əməl olunmasının vacibliyini bildirdi.

O, eyni zamanda elmi işçilərin, xüsəsn gənc alim və mütəxəssislərin fəaliyyətinin genişləndirilməsi, onların fəlsəfə və elmlər doktoru dissertasiya işlərinin hazırlığı, dünya elminə inteqrasiya olunmaları üçün beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində prioritet hədəflərin müəyyənləşdirildiyini və bunun üçün növbəti aydan etibarən hər bir laboratoriya kollektivi ilə ayrıca görüşlərin təşkil olunacağını, həmin laboratoriyaların fəaliyyət istiqamətinə uyğun müzakirələrin aparılacağını söylədi.

İclasda 2020-ci il üzrə yarımillik hesabatların hazırlığı ilə bağlı vəziyyət müzakirə olundu. Gündəlikdə olan məsələlərlə bağlı müzakrələr aparıldı və təkliflər səsləndi.

PAYLAŞ