AMEA Aşqarlar Kimyası İnstitutunda gənc alimlərə növbəti dəfə adlı mükafat veriləcək

168

Azərbaycan Milli Elmlər Akademiyası akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası gənc tədqiqatçılar arasında 2021-ci il üzrə “Gənclər üçün akademik Əli Quliyev adına mükafat” müsabiqəsi elan edir. İnstitutn elmi işlər üzrə direktor müavini dosent Ə.Sucayev bildirdi ki, müsabiqənin şərtlərinə görə, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən bir gənc tədqiqatçı layiq görüləcək. Qalib İnstitutda gənc alim və mütəxəssislərin 2020-ci il üzrə elmmetrik meyarlar əsasında elmi fəaliyyətin qiymətləndirilməsinin nəticələri əsasında seçiləcək.

PAYLAŞ