AMEA Aşqarlar Kimyası İnstitutunda ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirilir

282

 Bu gün AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2021-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanı keçirilib. AMEA Elm və Təhsil İdarəsinin rəisi, i.ü.f.d. Fail Kazımovun müşahidə etdiyi imtahanda “Üzvi kimya” – 2306.01 ixtisaslaşması üzrə namizədlər  iştirak edib. İnstitutun elmi işlər üzrə direktor müavini k.e.d., dosent Əfsun Sucayevin verdiyi məlumata görə, plana uyuğun olaraq fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün İnstitutda imtahan komissiyası yaradılıb.

Komissiyanın sədri institutun direktoru akademik Vaqif Fərzəliyev, üzvləri isə elm işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev, elmi katib k.ü.f.d. Mehparə Səfərova, aparıcı elm işçilər – k.ü.f.d. Vəli Kazımov, k.ü.f.d. Nəzər Nəzərovdur. 90 dəqiqə müddətində 50 sual test tapşırıqlarını cavablandıran namizədin nəticəsi məqbul qiymətləndirilib. İmtahan uğurla başa çatmışdır.

Məlumat üçün bildirək ki, 2021-ci il üzrə Aşqarlar Kimyası İnstitutu üzrə elan olunan doktorantura və dissertantura yerlərinə “Üzvi kimya” ixtisaslaşması üzrə doktoranturaya 1, “Neft kimya” ixtisaslaşması üzrə doktoranturaya 1 və dissertanturaya 1 namizəd indiyə qədər xarici dil və fəlsəfə imtahanlarından müsbət nəticə göstərərək, növbəti mərhələyə keçiblər. “Neft kimya” ixtisasından imtahan isə 5 aprel tarixində keçiriləcək.

 

PAYLAŞ