AMEA Aşqarlar Kimyası İnstitutunda məzuniyyətdən qayıdan işçilər növbəlilik qrafiki əsasında işə cəlb olunublar

1182

Ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminin tədricən yumşaldılması və COVİD-19 xəstəliyinə yoluxma sayında azalmaların müşahidə olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Baş nazirinin dövlət orqanlarına və dövlətə məxsus hüquqi şəxslərin rəhbərlərinə ünvanlanmış 07 avqust 2020-ci il tarixli 10/833 nömrəli məktubuna əsasən AMEA Rəyasət Heyətinin elmi müəssisə rəhbərlərinə ünvanladığı məktubu əsas tutularaq  akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda məzuniyyətdən qayıdan işçilərin nizam-intizamının təmin olunması və karantin tələblərinə riayət olunması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. İnstitutdan verilən məlumata görə, 2020-ci il 10-31 avqust tarixlərində məzuniyyət müddətini başa vurmuş işçilər laboratoriyalar üzrə tərtib olunmuş növbəlilik qrafiki əsasında işə cəlb olunublar. Bu zaman həftə ərzində işə gələn işçilərin sayının 50%-dən çox olmaması əsas götürülüb. Yaşı 65-dən yuxarı olanların  ümumiyyətlə işə gəlməməsi təmin edilib.

Məlumatda deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Aşqarlar Kimyası İnstitutunda da bu qoruyucu tədbirlərə ciddi şəkildə əməl olunur. Belə ki hər səhər işə gələn əməkdaşların temperaturunun ölçülməsi, qoryucu maska və dezinfeksiya vasitələrindən istifadə, eləcə də laboratoriyalarda sosial məsafənin saxlanılması vasitəsilə sağlamlığın qorunması təmin edilir.

PAYLAŞ