AMEA Aşqarlar Kimyası İnstitutunda magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib

51

4 iyun 2020-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Pandemiya şəraitinə uyğun olaraq sosial məsafə gözlənilməklə keçirilən iclasda institutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev, elmi katib, k.ü.f.d., b.e.i. Mehparə Səfərova, Təhsil şöbəsinin müdiri k.ü.f.d. Sədaqət Şamxalova, magistr müdafiə komissiyasının üzvləri, elmi rəhbərləri və müvafiq laboratoriya əməkdaşları iştirak ediblər.

Tədbirdə 2019/2020-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş “Üzvi kimya” ixtisası üzrə II kursda təhsil alan magistrantlar – Lalə Əliyeva və Nərgiz Məcdinin dissertasiyaları müzakirə olunub.

Magistrantlar dissertasiya işləri haqqında təqdimatla çıxış edərək yerinə yetirdikləri tədqiqatlar, əldə etdikləri nəticələr barədə ətraflı məlumat veriblər. Mövzu ilə bağlı müzakirələr aparılıb, gənc tədqiqatçılar onlara ünvanlanan sualları cavablandırıblar.

Sonda magistrantların dissertasiya işlərinin əsas müdafiəyə təqdim olunması haqqında qərar qəbul edilib.

PAYLAŞ