AMEA Aşqarlar Kimyası İnstitutunda qoruyucu tələblərə ciddi riayət olunur

229

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 31 may 2020-ci il tarixindən etibarən karantin rejiminin yumşaldılmasına baxmayaraq koronavirus təhlükəsinin yayılmaması üçün bəzi tədbirlər gücləndirilib. Artıq qoruyucu maskadan istifadə etməməyə görə cərimələr tətbiq olunur. Eyni zamanda elmi müəssisələrdə çalışanların iş yerlərində də qoryucu maskadan istifadə etmələri məcburidir.

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda da bu qoruyucu tədbirlərə ciddi şəkildə əməl olunur. Belə ki hər səhər işə gələn əməkdaşların temperaturunun ölçülməsi, qoryucu maska və dezinfeksiya vasitələrindən istifadə, eləcə də laboratoriyalarda sosial məsafənin saxlanılması vasitəsilə sağlamlığın qorunması təmin edilir.

PAYLAŞ