AMEA Aşqarlar Kimyası İnstitutunda real iqtisadiyyata xidmət edən elmi tədqiqat işlərinin tətbiqinə önəm verilir

173

2018-2020-ci illər ərzində AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda başa çatdırılmış elmi tədqiqat işlərindən 12-i tətbiqə yönəldilmişdir. İnstitutdan verilən məlumata görə, hesabat dövründə real iqtisadiyyata xidmət edən əsas tətbiqi işlər “Depressator-AKİ” aşqarının yaradılması, istehsal və istehlakını təmin edən normativ-texniki şənədlə­rinin işlənilməsi və istehsalının təşkili üzrə işlə­rin aparılması, “TC-1” yanacağı, super-antigel və institutda yaradılan “Depressator-AKİ” aşqarından istifadə etməklə dizel yanacağının tələb olunan donma tempera­turunu təmin edən kompozisi­yanın yaradıl­ması, xüsusi təyinatlı motor yağının tətbiqi, işlənmiş yağların regenerasiya texnologiyasının işlənilməsi və kənd təsərrü­fatı məhsulları­nın tullantıları əsasında neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagenti­nin işlənib hazı­rlanması və tət­biqi ilə bağlı olmuşdur.

Məlumatda bildirilir ki, eyni zamanda ölkə daxilində fəaliyyət göstərən müxtəlif dövlət və özəl təşkilatların sifarişləri əsasında təqdim edilən yağ, aşqar nümunələrinin fiziki-kimyəvi analizi, texniki şərtlərin hazırlanması işləri də görülmüşdür.

Həmçinin, İnstitut tərəfin­dən AMEA Yüksək Texnologiya Parkının rezidenti olan Təc­rübə-Sənaye Zavodu, “Aşqar” Elmi-İstehsalat Birliyi və digərlərinə elmi-texniki yardım göstərilmişdir.

PAYLAŞ