AMEA Aşqarlar Kimyası İnstitutunda tələbələrin tədris-istehsalat təcrübəsi başa çatıb

1520

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda təcrübə keçən Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin tədris-istehsalat təcrübəsi başa çatıb. Bu haqda məlumat verən İnstitut həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakovun sözlərinə görə bu ali məktəbinin 30 nəfərə yaxın tələbə heyəti ayrı-ayrı qrup şəklində üç ay müddətində prosesə cəlb olunublar.

O qeyd edib ki, tələbələr təcrübə müddətində İnstitutun müasir kimyəvi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarının hər birində istifadə olunan cihaz və avadanlıqların iş pinsipləri ilə, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olmuşlar, bəzi təcrübələri yaxından izləmiş, zərif üzvi sintez və aşqarlar kimyası sahəsində İnstitut əməkdaşları tərəfindən aktuallıq kəsb edən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə edilən elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini də dinləmişlər.

 

PAYLAŞ