AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin 2015-2019-cu illər üzrə 5 illik elmi fəaliyyəti qiymətləndiriləcək

426

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunda Elmi Şuranın AMEA-nın Ümumi yığıncağında qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunan genişləndirilmiş toplantısı keçirilib. İclasda giriş nitqi ilə çıxış edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, AMEA-nın ötən ilin 28 dekabr tarixində keçirilən Ümumi yığıncağında akademiyada islahatların və struktur dəyişikliklərinin aparılması və 2020-2025-ci illərdə icra olunacaq elmi tədqiqat işlərinin proqramı ilə bağlı geniş müzakirələr aparılıb. İnstitut rəhbəri, AMEA-nın Ümumi yığıncağında akademik Ramiz Mehdiyevin verdiyi tapşırıq və tövsiyələrin müasir dövrdə elmin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib, mövcud problemlərin aradan qaldırılması üçün hər bir elmi işçinin üzərinə düşən vəziifələri yerinə yetirməsinin vacibliyini bildirib.

V.Fərzliyev vurğulayıb ki, Rəyasət Heyətinin iclasında akademiyada əldə edilmiş uğurlarla yanaşı, onun strukturunda müəyyən dəyişikliklərin aparılması, elmi prioritetlərin seçilməsi, Azərbaycan iqtisadiyyatı üçün prioritet istiqamətlərdə elmi tədqiqatların aparılması vacib vəzifə kimi müəyyənləşdirilib.

İnstitut direktoru Akademiyanın Rəyasət Heyəti və elmi-tədqiqat müəssisələrində struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması və elmi kadrların hazırlanması sisteminin keyfiyyətcə yaxşılaşdırılması, eləcə də elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi ilə bağlı irəli sürülmüş məsələlərdən danışıb.

O, İnstitutda istər fundamental, istərsə də tətbiqi sahədə indiyə qədər mühüm elmi nəticələr əldə olunduğunu, amma onların daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

V.Fərzəliyev İnstitutda aparılan elmi tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi üçün elmi işçilərin 2015-2019-cu illəri əhatə etməklə son 5 illik elmi fəaliyyətinin qiymətləndirilməsinin aparılmasında ötrü elmi katibliyə və müvafiq laboratoriya rəhbərlərinə göstəriş verib.

İclasda, İnstitutun elmi katibi, k.ü.f.d. M.Səfərova, laboratoriya müdirləri – kimya elmləri doktoru, prof. H.Cavadova, kimya elmləri doktoru, dosent Ə.Sucayev,  İnstitutun İctimayyətlə əlaqələr şöbəsinin müdiri və beynəlxalq əlaqələrə məsul şəxsi, kimya üzrə fəlsəfə doktoru İradə Eyvazova və başqaları çıxış edərək dünya elminə inteqrasiya, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, beynəlxalq əlaqələrin inkişafı, İnstitutda əldə olunan nailiyyətlərin geniş ictimayyətə çatdırılmasına  dair öz təkliflərini bildiriblər.

 

PAYLAŞ