AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

150

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun alimləri – akademik Vaqif Fərzəliyev, kimya elmləri doktoru, professor Nazim Mustafayev və k.ü.f.d. Xuraman Əfəndiyevanın növbəti məqaləsi impakt faktorlu Rusiya Üzvi Kimya Jurnalında (V.M.Farzaliev, N.P.Mustafaev, Kh.K.Efendieva and M.N.Abbasova. Synthesis of Novel Derivatives of O-Butyl Xanthic Acid, Russian Journal of Organic Chemistry, 2020, v. 56, No. 5, pp. 1–4) dərc edilib.

İnstitutdan verilən məlumata görə ki, məqalə o-butil ksantin turşuların yeni törəmələrinin sintezi və tədqiqinə həsr olunmuşdur.

Məlumat üçün bildirək ki, “Springer” nəşriyyatına daxil olan bu jurnal üzvi kimyanın ən son elmi yeniliklərilə bağlı məqalələri müntəzəm olaraq yayımlayır. “Web of Science” və “Scopus” və sair beynəlxalq elmi bazalarına daxil olan jurnalın impakt faktoru 0.716-a bərabərdir.

 

 

 

PAYLAŞ