AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin aldıqları yeni metal komplekslərin dərman potensialı araşdırılıb

460

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən sintez olunmuş yeni metal komplekslərin rentgen struktur vasitəsi ilə müfəssəl analizi aparılmış, reaksiyaların nəzəri-təcrübi mexanizmi kompüter hesablamaları ilə öyrənilmiş,  kompleks ferment qarşılıqlı təsirlərini göstərmək üçün “molekulyar dockinq” metodundan istifadə edilərək onların farmakokinetik xüsusiyyətləri tapılmış və əldə edilən mühüm nəticələr kompleksin potensial dərman maddəsi ola biləcəyini göstərmişdir. Bununla bağlı məqalə İnstitut alimləri -akademik Vaqif Fərzəliyev, k.e.d., baş elmi işçi Mahizər Əliyeva və kiçik elmi işçi Mənsurə Hüseynovanın türk həmkarları ilə birgə müəllifi olduğu “Qlioksil turşusunun tiosemikarbazon ilə kristal sink kompleksinin sintezi, bioloji və nəzəri xüsusiyyətlərinin tədqiqi ” adlı məqaləsi nüfuzluMolekulyar Struktur Jurnalında  (Journal of Molecular Structure) dərc olunub (https://www.sciencedirect.com/science/article/abs/pii/S0022286021015982).

Xatırladaq ki, “Web of Science” bazasında arxivləşdirilən impakt faktoru 3.2 olan “Journal of Molecular Structure” kimyada molekulyar quruluşların tədqiqatına həsr olunan Q1 reytinqli jurnallardan biridir.

PAYLAŞ