AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin karantin dövründə 8 məqaləsi impakt faktorlu jurnallarda dərc olunub

1318

AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının 2020-ci ili yarım il ərzindəki fəaliyyəti qənaətbəxş olmuşdur. Bu haqda məlumat verən Patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyasının müdiri, k.ü.f.d. Minaxanım Musayevanın verdiyi məlumata görə, bu hesabat dövrünün əhəmiyyətli hissəsi koronavirus pandemiyası ilə əlaqədar karantin dövrünə təsadüf edib: “Alimlərimiz bu səbəbdən evdə qalmalı olsalar da öz fəaliyyətlərini davam etdirmiş, bu müddətdə institut əməkdaşlarının müxtəlif elmi jurnallarda 5-i respublika və 11 xarici jurnalda olmaqla 16 məqaləsi dərc olunmuşdur ki, bunlardan da 8-i impakt faktorlu jurnallardadır. Bu əsərlərə dünya alimlərinin etdiyi istinadların sayı 124 olmuşdur.

M.Musayeva qeyd etdi ki, hesabat dövründə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 5 ixtiraya dair iddia sifarişi göndərilmiş, ixtiranın dərci üçün 5 müsbət qərar alınmışdır.

Laboratoriya rəhbərinin sözlərinə görə, ekspertizadan 30-dan artıq elmi material keçirilmiş, institut əməkdaşlarının bir sıra konfranslarda iştirakı təmin edilmişdir: “Belə ki, institut əməkdaşları 6 respublika konfransına 39, 1 xarici konfransa 1 tezis təqdim etmişlər. Xüsusən İnstitutun gəncləri Bakı Ali Neft məktəbinin və Sumqayt Dövlət Universitetinin keçirdiyi onlayn konfranslarda da fəal iştirak etmişlər”.

M.Musayeva onu da qeyd edib ki, bu ilin I yarısında 93 məqalə tərtib olunaraq, vikipediya – açıq ensiklopediyasında yerləşdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

PAYLAŞ