AMEA Aşqarlar Kimyası İnstitutunun dəstək verdiyi layihə “Sabahın alimləri” XI Respublika müsabiqəsinin qalibi olub

374

Mingəçevir şəhəri Təbiət-riyaziyyat Humanitar elmlər təmayüllü liseyin şagirdi Həsənli Rəsul Zaur oğlu və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Musayev Taleh Valeh oğlu kimya fənni üzrə hazırladıqları innovativ layihə “Sabahın alimləri” XI respublika müsabiqəsində III yerin qalibi olub. Kimya fənnindən müsabiqəyə qatılan şagirdlər “Sağlam həyat üçün, sağlam düşüncə” və”Müxtəlif xəstəliklə qarşı yeni nəsil inhibitorların yaradılması “mövzusunda təqdimat ediblər.

Qeyd edək ki, adıçəkilən məktəblilər ötən il Türkiyənin İzmir şəhərində keçirilən BUCA İMSEEF Beynəlxalq Elm olimpiadasında ölkəmizə bürünc medal qazandırıblar.

Qeyd edək ki, AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin elmi məsləhətçisi olduğu və dəstək verdiyi layihə İnstitutun “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında yerinə yetirilib.

PAYLAŞ