AMEA Aşqarlar Kimyası İnstitutunun doktorant və dissertantları ixtisas fənnindən minimum imtahanı veriblər

668

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan dissertant və doktorantların neft kimyası, kimya texnologiyası və mühəndisliyi, neft-qaz-daş kömür emalı və texnologiyası, qaz emalı proseslərinin kimyası və texnologiyası, kimya və texnikanın əsasları ixtisasları üzrə minimum imtahanları keçirilib.

İmtahan verən namizədlər arasında AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun sabiq doktorant və disertantları – elmi işçilər Lalə Mahmudova və Xədicə Məmmədyarova da olub. Onların Neft kimyası ixtisasından bilikləri yoxlanılıb.

Məlumat üçün bildirilir ki, minimum imtahanları, dekabrın 17-də yekunlaşdırılacaq. İmtahanda ümumiyyətlə adıçəkilən ixtisaslar üzrə cəmi 38 nəfərin hər gün iki növbədə və hər növbədə 5 nəfər olmaqla karantin qaydalarına riayət edilməklə keçirilməsi nəzərdə tutulub.

PAYLAŞ