AMEA Aşqarlar Kimyası İnstitutunun fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun bərpa olunub

341

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda işçilərin fəaliyyəti qismən bərpa olunub. Bunun üçün İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 4 may 2020-ci il 117 saylı sərəncamının yerinə yetirilməsini təmin edilməsi məqsədilə  daxili əmr imzalayıb. Həmin əmrlə, uzadılmış karantin rejimində institutun fəaliyyətinin təmin edilməsi üçün Kadrlar şöbəsi laboratoriya, digər şöbə və xidmətlərdə yaşı 65-dən aşağı olmaqla çalışan işçilərin işə davamiyyətinin tənzim edilməsindən ötrü gündəlik işə çıxmaları vacib olan işçilərin sayı (ümumi sayının 30 faizindən çox olmaması şərtilə) müəyyənləşdirilmiş onların adı “icaze.e-gov.az” portalına yerləşdirilmişdir. İnstitutdan verilən məlumata görə, artıq 6 may 2020-ci il tarixdən etibarən həmin işçilər işə çıxmağa başlayıblar.

Bununla paralel olaraq xüsusi karantin rejimin təmin olunması üçün institut binasının fəaliyyəti bərpa olan iş otaqları dezinfeksiya olunmuş və işə çıxan əməkdaşlar qoruyucu maska, spirt, antiseptik gel və digər vsitələrlə təmin olunmuşdur.

Dövlət tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimində dəyişikliklər olarsa, işə çıxmalı olan əməkdaşların siyahısı yenidən baxıla bilər.

Məlumatda deyilir ki, işə çıxan əməkdaşlar tərəfindən xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmasına İnstitutda bu məqsəd üçün yaradılmış ayrıca Komissiya nəzarət edir. Əmrin icrasının təmin olunmasına nəzarət İnstitut Həmkarlar Təşkilatının sədri, k.ü.f.d. Elxan İsakov və  Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.e.d. Əfsun Sucayevə tapşırılıb.

 

PAYLAŞ