AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimin “Heterotsiklik kimya” jurnalındakı fəaliyyəti sertifikata layiq görülüb

261

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayevin “Journal of Heterocyclic Chemistry” (Heterotsiklik kimya) jurnalındakı beynəlxalq rəyçilik fəaliyyəti sertifikata layiq görülüb. O, bu jurnalla 2019-cu ildən əməkdaşlıq edir, əsasən müxtəlif yeni heterotsiklik  birləşmələrin sintezi və onların quruluşunun, həmçinin fizioloji fəallığının tədqiqi ilə bağlı məqalələri dəyərləndirir.

Məlumat üçün bildirək ki, dünyanın nüfuzlu nəşriyyatlarından biri sayılan Wiley-in nəşri olan “Journal of Heterocyclic Chemistry” “Web of Science” bazasına daxildir, hər bir nömrəsində heterotsiklik kimyanın bütün aspektləri, xüsusən də müxtəlif heterotsiklik birləşmələrin sintezi üçün səmərəli sintetik metodologiyaların və strategiyaların inkişafı və tətbiqi ilə bağlı tədqiqatların əsas və mühüm nəticələri yayımlanır.

PAYLAŞ