AMEA Aşqarlar Kimyası İnstitutunun I kurs magistrantlarının yay sessiya imtahanları başlayıb

896

İyun ayından etibarən AMEA Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə təhsil alan I kurs magistrantlarının yay sessiya imtahanlarına start verilib. İnstitutun Təhsil Şöbəsindən verilən məlumata görə, artıq magistrantlar “Üzvi kimyada fiziki-kimyəvi tədqiqat üsulları” və “Zərif üzvi sintez II” fənnlərindən imtahan veriblər. Onlar hər fənn üzrə ayrılan 2 saat müddətində 5 sualı yazılı şəkildə cavablandırıblar.

İyunun 25-dək davam edəcək sessiya müddətində magistrantların əlavə 5 fənndən bilikləri yoxlanılacaq.

PAYLAŞ