AMEA-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

379

Martın 5-də AMEA-nın Rəyasət Heyətində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayaraq təbrik edib.

Akademik İsa Həbibbəyli qadınların ictimai-siyasi sferadakı rolundan danışaraq ilk növbədə demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öz səylərini əsirgəməyərək  öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıb.

Tədbirin sonunda AMEA prezidenti, AMEA-nın birinci vitse-prezidentləri və AHİ-nin Fəxri fərmanları ilə təltif olunan, akademiyanın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə seçilən bir qrup qabaqcıl qadın əməkdaşa Fəxri fərmanlar təqdim olunub.

AMEA Aşqarlar kimyası İnstitutundan   “Patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması” laboratoriyasının  elmi işçisi Kəmalə Məmmədova Fəxri Fərmanla təltif olunub.

PAYLAŞ