AMEA Aşqarlar Kimyası İnstitutunda “Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqi yenilikləri” mövzusunda elmi seminar keçirilib

160

AMEA Aşqarlar Kimyası İnstitutunda “Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqi yenilikləri” mövzusunda elmi seminar keçirilib.

AMEA Aşqarlar Kimyası İnstitutunda “Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqi yenilikləri” mövzusunda elmi seminar keçirilib. Tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev açaraq seminarın gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra institutun elmi işçisi Ulduz Cəfərovanın məruzəsi dinlənildi. O qeyd etdi ki, onkoloji xəstəliklərin dünya səhiyyəsindəki ciddi problem olması onun ildən ilə geniş yayılan dinamikasında ölüm hallarının da artmasından qaynaqlanır.

U.Cəfərova hazırda dünyada ən çox rast gəlinən və ən çox ölüm hallarına səbəb olan bədxassəli şişlər, onların yaranmasında rol oynayan risk amilləri, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı elmi mərkəzlərinin tövsiyə etdiyi bədxassəli şişlərdən qorunmaq yolları, profilaktik tədbilər haqqında geniş məlumat verdi.

Məruzəçi hal-hazırda bədxassəli şişlərin müalicəsində nəyə üstünlük verilməsi, hansı müalicə metodlarının standart kimi tövsiyə olunması və ən əsası müalicə üsulunun seçilməsinin xəstəliyin yerləşdiyi orqandan, mərhələsindən, yayılmasından və xəstənin ümumi vəziyyətindən asılı olaraq dəyişməsini konkret faktlarla izah etdi.

O, bu istiqamətdə potensial dərman maddələri – sintetik antioksidantlar və enzim-izoenzim inhibitorların yaradılması ilə bağlı AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin müştərək beynəlxalq tədqiqatlar çərçivəsində apardığı elmi tədqiqatlar haqqında seminar iştirakçılarına məlumat verdi.

Sonra məruzə ətrafında suallar cavablandırılıb, geniş müzakirələr aparıldı.

PAYLAŞ