“Android” planşetləri üçün “WhatsApp” messenceri təqdim ediləcək

62

“WhatsApp” messencerinin komandası planşetlərdə istifadə üçün optimallaşdırılmış və çoxdan gözlənilən proqramı təqdim etməyə hazırlaşırlar. Bu haqda “WABetaInfo” resursu məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, messencerin beta-test proqramında iştirak edən istifadəçilər artıq proqramı “Google Play” mağazasından “Android” planşetə quraşdıra bilərlər.

Beləliklə, planşet üçün nəzərdə tutulmuş “WhatsApp” mobil tətbiqi, hələ ki, beta-test mərhələsindədir, nasaz işləyə bilər və natamam funksionallığa malikdir.

Planşetdə “WhatsApp” proqramından istifadə etməkdən ötrü SİM kart üçün slota malik model lazımdır.

http://www.ictnews.az

PAYLAŞ