Aşqarlar Kimyası İnstitutunda elmi-texniki əməkdaşlıq müzakirə olundu

47

30 oktyabr 2019-cu il tarixində AMEA Aşqarlar Kimyası İnstitutunda Ukraynanın xüsusi texnika istehsal edən “V.O.Malışev аdınа Zavod” un  baş direktorunun müavini A.N.Malakey və mühərrikqayırma üzrə baş konstruktoru  Y.N.Ovçarovla görüş təşkil olunmuşdur. İnstitutun direktoru akademik V.Fərzəliyev qonaqları salamlayaraq bu görüşün səbəbini açıqlamışdır.

Məlum olmuşdur ki, SSRİ dövründə Müdafiə Sənaye  Kompleksinin  tapşırığı  ilə АМЕА Aşqarlar Kimyası İnstitutu Ukraynanın xüsusi texnika istehsal edən “V.O.Malışev аdınа Zavod”la  elmi-texniki  əməkdaşlıq çərçivəsində institut  tərəfindən  həmin  zavodda istehsal edilən  xüsusi texnika  üçün xüsusi motor  yağı (М-l6ИХП-3)  yaradılmış və istehsalı təşkil edilmişdir.

Müasir vəziyyətlə əlaqədar Aşqarlar Kimyası İnstitutu  qeyd  olunan  zavoda xüsusi təyinatlı dizel mühərrikləri üçün М-16ИХП-3 tipli yeni motor yağlarının yaradılması və tətbiqi sahəsində əməkdaşlığı davam etdirmək  təklifi  ilə  müraciət etmişdir. Zavod institutun təklifini məmnuniyyətə qəbul etmiş və belə əməkdaşlığın onlar üçün vacib olduğunu vurğulamışlar. Qeyd olunan istiqamətdə iki təşkilat arasında  elmi-texniki  əməkdaşlığı  müzakirə etmək üçün zavodun iki rəhbər işçisi АМЕА-уа  ezam olunmuşlar.

Səmərəli əməkdaşlıq üçün şərait yaradan  bu  görüşdə akademik Fərzəliyev qonaqlara  institutun  imkanları  haqqında məlumat verməklə yanaşı  hər bir laboratoriyada aparılan elmi tədqiqatlardan da danışmışdı. Sonda  o, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına ümid etdiyini bildirmişdir.

PAYLAŞ