Aşqarlar Kimyası İnstitutunun əməkdaşının layihəsi qrant müsabiqəsinin qalibi olub

1396

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin IV qrant müsabiqəsinə (“Mənim ilk qrantım”) yekun vurulub.

Qalib layihələrdən biri AMEA Aşqarlar Kimyası İnstitutunun (AKİ) kiçik elmi işçisi, doktorant Xədicə Məmmədyarovanın rəhbərlik etdiyi “Çoxfunksiyalı aşqarların və patoloji proseslərə qarşı rol oynayan bioaktiv maddələrin kompüter sintezi və canlı orqanizmlərdə immun müdafiə sistemlərinə təsirinin tədqiqi” layihəsidir. Fundamental və tətbiqi xarakterli  bu tədqiqat işi bir il müddətinə Fiziologiya İnstitutu ilə birgə həyata keçiriləcək.

Layihənin məqsədi AKİ-nin profilinə uyğun olaraq sürtkü materialları üçün yüksək təsirə malik çoxfunksiyalı yeni aşqarların sintez edilməsidir. Eyni zamanda həmin maddələr fizioloji fəal maddələr kimi də tədqiq ediləcək. Fiziologiya İnstitutunda isə yeni aşqarların funksional xassələri və immun müdafiə sistemlərinə təsiri öyrəniləcək.

Layihə çərçivəsində AKİ-nin bir nəfər əməkdaşı layihənin mövzusuna uyğun olaraq Tirkiyənin Atatürk Universitetində qısamüddətli təcrübə keçəcək.

PAYLAŞ