Aşqarlar Kimyası İnstitutunun magistraturasını bitirmiş məzunlara fərqlənmə diplomları təqdim olunub

415

Azərbaycan Milli Elmlər Akademiyasının akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun magistraturasını müvəffəqiyyətlə başa vuran məzunlar və onların elmi rəhbərləri ilə görüş keçirilmişdir. İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, 2019-2021-ci ildə “Üzvi kimya” ixtisası üzrə 2 nəfər magistratura təhsil proqramını başa vurmuş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişlər. Onların hər ikisi fərqlənmə diplomuna layiq görülmüşdür.

V.Fərzəliyev qeyd etdi ki ki, magistrantlara kömək məqsədilə onlar təhsil aldıqları müddətdə 0,5 ştat vahidi ilə böyük laborant kimi işə qəbul olunmuşdular. Təhlillərini başa vurandan sonra müvafiq laboratoriyalarda tam ştat işlə təmin olunmuşlar. Hal hazırda çalışdıqları laboratoriylarda elmi-tədqiqat işləri aparırlar.

İnstitutun gənc əməkdaşlarına tövsiyələrini verən baş direktor hazırda İnstitutda savadlı, ixtisaslı gənc kadrlara böyük ehtiyac olduğunu və onların elmi işlərini doktorantura və dissertantura səviyyəsində davam etdirmələri üçün hər cür dəstək göstəriləcəyini vurğuladı.

Sonda V.Fərzəliyev 2021-ci ildə magistraturanı müvəffəqiyyətlə başa vurmuş Gülgün Abdullayeva və Leyla Vahidzadəyə fərqlənmə diplomları təqdim edib.

 

PAYLAŞ