Azərbaycanın bəzi elmi jurnalları “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülüb

1598

“Kimya Problemləri” jurnalı  “Web of Science Core Collection Emerging Sources Citation Index”də indekslənən yeni jurnal olaraq “Clarivate Analytics” ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatına layiq görülmüşdür. Mükafatın müfafiq diplomu dekabrın 5-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbirində jurnalın baş redaktoru akademik Vaqif Fərzəliyevə təqdim olunmuşdur.

Qeyd edək ki, mükafata layiq görülən digər jurnallar- Riyaziyyat və Mexanika İnstitutunun əsərləri, Neft Kimyası və Neft Emalı Prosesləri jurnalı və ARDNŞ Elmi Əsərləri olmuşdur.

PAYLAŞ