Beynəlxalq vaksinləmə pasportu yaradılacaq

773

“Microsoft”, “Oracle” və “Salesforce” və bir sıra digər şirkətlər vahid rəqəmli vaksinləmə pasportunun yaradılması üzərində çalışırlar. Mütəxəssislərin fikrincə, bu layihə cəmiyyətin normal həyata qayıdışı üçün standart olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, layihə “Vaccination Credential Initiative” (VCI) adlanır. Koalisiyaya “Microsoft”, “Salesforce” və “Oracle” şirkətləri, eləcə də ABŞ-ın “Mayo Clinic” qeyri-kommersiya klinikası daxildir.

Birliyin gözləntisinə görə, ölkələrin hökumətləri, aviadaşıyıcılar və digər şirkətlər tezliklə insanlardan koronavirusa qarşı peyvənd olunmaları ilə bağlı müsbət cavab alacaqlar.

Koalisiya iştirakçıları insanlara onların immunizasiya haqqında qeydlərinin şifrlənmiş rəqəmli surətlərini təqdim etmək istəyirlər. Məlumatlar rəqəmli pul kisəsində saxlanılacaq. Pasportun “QR” kodu şəklində yaradılması nəzərdə tutulur. Yaradıcıların sözlərinə görə, sistem digər sistemlərlə uyğunluq təşkil edəcək.

“The Commons Project Foundation” fondunun baş icraçı direktoru Pol Meyerin fikrincə, ideya həyata keçirilsə, o, insanların həyatını xeyli yaxşılaşdıracaq. İnsanlar işə, tədrisə qayıtmaq və ya səyahət üçün “Common Pass” kimi alətlərdən istifadə edəcəklər, onların məlumatları isə qorunacaq.

ictnews.az

PAYLAŞ