Bu ölkə elektrik avtomobillərinin satış həcminə görə Avropada liderdir

1167

Almaniya elektrik avtomobillərinin satış həcminə görə bir neçə il birinci pillədə qərarlaşmış Norveçi geridə qoyaraq Avropada lider olub.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, hər iki ölkənin nəqliyyat departamentinin məlumatına görə, noyabr ayında Almaniyada 57533, Norveçdə isə 56893 yeni elektrik avtomobili qeydiyyata alınıb.

Norveç 2010-cu ildən elektrik avtomobillərinin satış həcminə görə Avropa lideri idi.

Mütəxəssislər lider dəyişikliyini alman avtomobil istehsalçıları tərəfindən elektrik avtomobillərinin istehsalının artırılması ilə izah edirlər. Almaniya hakimiyyəti davamlı olaraq ekoloji nəqliyyatı populyarlaşdırır.

Emil Hüseynov

 

PAYLAŞ