“Chrome 76” brauzerinin yeni versiyası ödənişli saytlarda məqalələri ödəniş etmədən oxumağa imkan verir

1365

“Google” korporasiyası öz bloqunda “Chrome 76” brauzerinin yeni versiyasını təqdim edib. Yeni versiya ödənişli saytlarda məqalələri ödəniş etmədən oxumağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni versiyada əvvəlki versiyalarda aşkar edilmiş 43 boşluq aradan qaldırılıb. Tərtibatçılar sözügedən boşluqların əksər hissəsini ixtisaslaşdırılmış proqram təminatının (“AddressSanitizer”, “AFL”, “Control Flow Integrity” və sairə) köməyi ilə avtomatlaşdırılmış test üsulu ilə aşkar ediblər.

“Məxfi” rejimdən istifadə sayəsində ödənişli saytlarda məqalələri ödəniş etmədən oxumaq mümkün olub. Proqram resurslarda ödənişli məzmunu gizlədən “paywall” xidmətini keçmək imkanına malikdir. Ancaq bu funksiya bütün saytlarda işləmir.

“Chrome 76” versiyasında “Flash” texnologiyasının işə salınması prosesi daha da çətinləşib. Yeni versiyada məzmunun göstərilməsi tamamilə dayandırılıb. İstifadəçi hər bir portal üçün ayrı-ayrılıqda “Flash” texnologiyasının dəstəyini sazlamalar menyusu vasitəsilə aktivləşdirməli olacaq. Bu, tədricən öz aktuallığını itirən “Flash” texnologiyasından imtina ilə bağlıdır.

Emil Hüseynov

PAYLAŞ