Çin alimləri kənd təsərrüfatı tullantılarının aviasiya yanacağına çevrilməsi metodunu hazırlayıblar

95

Çin alimləri kənd təsərrüfatı tullantılarını yüksək sıxlıqlı aviasiya yanacağına çevirməyə imkan verən metod hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yeni həll Çin Elmlər Akademiyası yanında Dalyan Kimyəvi Fizika İnstitutunun alimləri tərəfindən işlənib hazırlanıb. Onlar sellülozadan polisioalkan adlı kimyəvi birləşmə istehsalına nail olublar. Məlum olduğu kimi, sellüloz kənd təsərrüfatı və meşə tullantılarının əsas komponentidir.

PAYLAŞ