Çində polis şlemləri temperaturu avtomatik ölçür

184

Çində polis şlemləri təxminən 2 metr məsafədən temperaturu avtomatik ölçür. İstehsalçının məlumatına görə, artıq Avropanın bir neçə ölkəsində onların qurğularına tələbat var.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Çində polis, tibbi personal və nəqliyyat işçiləri indi yoldan keçənlərdə yüksək temperaturu avtomatik ölçən “ağıllı” şlemlərdən istifadə edir. Çinin “KC Wearable” firması tərəfindən hazırlanmış şlemlərdə teplovizorlardan istifadə olunur ki, bu da təxminən 2 metr məsafədən temperaturu ölçməyə imkan verir.

Şirkətin rəsmisi bu şlemlərə bütün dünyada tələbat olduğunu bildirib. “Business Insider” nəşri yazır ki, tezliklə İtaliya və Dubayda da polislər bu şlemlərdən istifadə edəcəklər. Avropa ölkələri, həmçinin bu şlemlərlə maraqlanır. Çin hakimiyyəti bildirib ki, temperaturun məsafədən ölçülməsi koronavirus pandemiyası ilə mübarizədə istifadə edilə bilər.

“KC N901” adlı “ağıllı” şlem “ARM” prosessor, əlavə edilmiş reallıq ekranı və infraqırmızı kamera ilə təchiz edilib.

“KC Wearable” şirkətinin məlumatına görə, Çində artıq 1000-dən çox belə şlem istifadə edilir. Şlemin qiyməti 5-7 min dollar aralığında dəyişir. Mühəndislər qeyd edirlər ki, şlemin dəqiqliyi 96% təşkil edir.

 

Emil Hüseynov

PAYLAŞ