COVID-19 keçirməin gözlənilməz nəticələrini açıqladı və hamısı dırnaqların vəziyyəti ilə əlaqədardır

35

COVID-19 xəstələri çox vaxt yoluxduqdan sonra dad və qoxu bilmə qabiliyyətlərini itirirlər. Bu, xəstəliyin ən çox görünən nəticəsidir. Ancaq şəbəkədə “post-kovid” problemlərinin yeni və gözlənilməz variantları haqqında məlumatlar var.

The Mirror xəbər verir ki, məsələn, bunlara insanın dırnaqlarının vəziyyətindəki dəyişiklik daxildir – dirnaqların üzərində aydın üfqi xətlər, dibində çökəkliklər və ya altında qırmızı ləkələr görünə bilər.

Koronavirus infeksiyası keçirmənin başqa bir əlaməti dırnaq uclarının rənginin narıncıya  dəyişməsi və ya hətta dırnaqların itməsi ola bilər. Bu vəziyyətdə mütləq həkimə müraciət  etmək lazımdır.

Maraqlıdır ki, London Kral Kollecində COVID-19 simptomları üzrə aparıcı tədqiqatçı Tim Spektor koronavirusun varlığının dırnaqların ortasında geniş ağ xətlərin görünməsi ilə müəyyən edilə biləcəyini artıq bildirmişdi.

PAYLAŞ