Dünyada ən kiçikölçülü daşıyıcı hazırlanıb

848

Memristorlar müasir tranzistorları əvəz edəcək ən perspektivli texnologiyalardan biri hesab edilir. Alimlər bu yaxınlarda ən kiçikölçülü yaddaş qurğusunun – 1 kvadrat nanometr ölçüsündə “atomristor”un yaradılmasını elan ediblər. Yeni yaddaş qurğusunda yazma sıxlığı fləş-yaddaşla işləyən müasir analoqları 100 dəfə ötür.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Texas Universitetinin mühəndisləri mikroelektronika sahəsində vacib irəliləyiş etməyə nail olublar. Onlar sınaqlar vaxtı informasiyanı 1 kvadrat nanometr ölçüsündə olan ən kiçikölçülü yaddaş qurğusuna yaza biliblər. Qurğu “atomristor” adlandırılıb.

Belə qurğular, həmçinin daha az enerji sərf edəcək.

Emil Hüseynov

PAYLAŞ