Dünyada “havadan” əldə edilən enerji ilə işləyən ilk batareyasız çip təqdim edilib

518

İsrailin “Wiliot” startapı “National Retail Federation” (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Maraqlıdır ki, qabaqcıl çip naqil və batareyaya malik deyil, “havadan” əldə olunan enerji ilə işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “ARM” prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu “hiss edə” və bu məlumatları şifrlənmiş kanal vasitəsilə ötürə bilir. Yarımkeçirici çip “Bluetooth”, “Wi-Fi” və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.

http://ictnews.az

PAYLAŞ