Dünyada karbon lifli plastik korpusa malik ilk smartfon təqdim edilib

245

Almaniyanın “Carbon Mobile” startapı “Carbon 1 Mark II” smartfonunun orijinal modelini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, karbon lifli plastikdən istifadə 6 düymlük AMOLED displeyə malik smartfonun çəkisini 125 qr-dək azaltmağa imkan verib. İstehsalçı radio dalğaların keçiricilik qabiliyyətini qoruyub saxlamaq üçün korpusun strukturuna kompozit elementlər əlavə edərək “HyRECM” texnologiyasından istifadə edib. Cihazın ekranı 0,4 mm qalınlığında “Corning Gorilla Glass 6” şüşəsinin xüsusi modifikasiyası ilə qorunur. Barmaqların izləri skaneri qurğunun korpusunun yan hissəsinə quraşdırılıb.

“Carbon 1 Mark II” smartfonu “MediaTek Helio P90” mobil platforması, 8 QB əməli yaddaş və 128 QB-lıq daşıyıcı ilə təchiz edilib. Modelin akkumulyatorunun tutumu 3050 milliamper/saat təşkil edir. Aparatın əsas kamerası 16 mp-lik ikiqat moduldan ibarətdir. Həmçinin 20 meqapiksellik selfi modul var.

2020-ci ilin ikinci rübündə Avropada satışa çıxarılacaq “Carbon 1 Mk II” aparatının qiyməti 799 avro təşkil edəcək.

Emil Hüseynov

 

PAYLAŞ