EarthNow real vaxtda bütün dünyanı güdmək üçün orbital şəbəkə quracaq

0
110

EarthNow,  təsisçilərinin fikrincə,  orbitdən dünyanın hər hansı nöqtəsini çəkməyə və 1 saniyə gecikmə ilə videosunu təqdim etməyə qadir olacaq yeni şirkətdir. Bu o deməkdir ki, siz planetin istənilən nöqtəsində nə baş verdiyini real vaxtda görə biləcəksiniz.

Çərşənbə günü, EarthNow, tam hüquqlu bir kommersiya şirkəti şəklində varlığını davam etdirdiyini açıqladı. Onun investorları arasında AirBus, SoftBank Group, peyk kommunikasiya veteranı Qreq Uayler və Bill Geyts də var.

Qeyd etmək lazımdır ki, Qreq Uaylerin  OneWeb şirkəti artıq kosmosa  siqnalın ötürülməsində çox az ləngiyən qabaqcıl peyklər göndərib və onun məqsədi artıq 2020-ci ildə genişzolaqlı format üçün yayımlanan peyk şəbəkəsinin yaradılmasıdır.

EarthNow, OneWeb tərəfindən təmin edilən texnologiyanın təkmilləşdirilmiş bir versiyasını istifadə edəcək. “Hər peyk görünməmiş hesablama gücü ilə təchiz olunacaq və onlarda birlikdə bütün kommesiya peyklərində olluğundan daha çox prosessor nüvələri olacaq. Canlı şəkli elə peykdə analiz etmək mümkün olacaq.

Ekspertlərin fikrincə, yekun sistemin ümumi dəyəri təxminən bir milyard dollar olacaq.Şirkətin vəzifəsi  öz xidmətlərini hökumətlərə və əyləncə sahəsində ixtisaslaşan şirkətlərə satmaqla pul qazanmaqdır. Əlbəttə ki, bu da ciddi narahatlıq  doğurur.

Şirkət həmçinin sistemlərinin digər imkanlarını da qeyd edir. Onun köməyi ilə “dənizdəki brakonerləri tutmaq, onları qeyri-qanuni balıq ovu zamanı təyin etmək”; meşə yanğınlarını başlayan anda aşkar etmək; vulkanı püskürməyə başladığı andan müşahidə etmək; mediaya dünyadakı hadisələr haqqında danışmasında kömək etmək; balinaların miqrasiyasını izləmək; “ağıllı şəhərlər”in daha da effektiv olmasına kömək etmək; taxıl sahələrinin vəziyyəti haqqında məlumat vermək və planetin ərazisində münaqişə zonalarını müşahidə etmək” mümkün olacaq.

https://hi-tech.mail.ru/news/orbitalnaya_set_dlya_slezhki_v_realnom_vremeni/

SHARE