Fərdi kompüterlər üçün barmaq izi skaneri buraxılıb

220

“Kensington” şirkəti biometrik autentifikasiya üçün masaüstü fərdi kompüterlərin təhlükəsizliyini təmin edən “VeriMark Desktop Fingerprint Key” adlı həll təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni barmaq izi skaneri masaüstü fərdi kompüterin blokdan çıxarılması üçün kompakt qurğu şəklindədir və sensoru masanın istənilən yerində yerləşdirməyə imkan verən 120 santimetr uzunluğunda kabellə təchiz edilib. Onadək barmaq izini dəstəkləyən “VeriMark Desktop Fingerprint Key” kompüterin sistem blokuna “USB” portu vasitəsilə qoşulur.

Barmaq izi skaneri “Windows Hello” (biznes üçün versiya daxil olmaqla) və “Office365”, “Azure”, “Outlook” və s. kimi əlavə “Microsoft” xidmətləri ilə asanlıqla inteqrasiya olunur.

“Kensington VeriMark Desktop Fingerprint Key” qurğusu üçün sifarişlər 75 dollardan qəbul edilir.

Nizam Nuriyev

PAYLAŞ