“Huawei” “5G” sahəsində ilk qlobal araşdırma və işləmələr mərkəzini açacaq

641

Aparıcı telekommunikasiya avadanlığı və smartfon istehsalçılarından biri olan “Huawei” şirkəti Seulda “5G” xidmətlərinin inkişafı üzrə “5G Open Lab” adlı ilk elmi-tədqiqat mərkəzini istifadəyə verəcək. Çin şirkəti mərkəzin köməyilə Asiyada “5G” sahəsindəki biznesini genişləndirməyi nəzərdə tutur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Huawei”nin nümayəndələri izah ediblər ki, şirkət “5G” sahəsində ilk qlobal araşdırma və işləmələr mərkəzini Seulda istifadəyə verməyə hazırlaşır, çünki Cənubi Koreya dünyada ilk dəfə beşinci nəsil mobil rabitə xidmətinin kommersiya tətbiqinə başlayıb. Cənubi Koreyada aprelin əvvəlində yeni nəsil rabitə standartı işə salınıb.

Çin şirkəti cari ildə Avropa, Yaxın Şərq və Asiyada bu cür elmi-tədqiqat laboratoriyalarını açmağı planlaşdırır.

“Huawei” şirkəti “5G Open Lab” mərkəzi çərçivəsində həm böyük, həm də kiçik müəssisələrə hərtərəfli dəstək (komponentlərin yoxlanması imkanı daxil olmaqla 5G ilə müvafiq qurğuların hazırlanmasına kimi) göstərəcək. Bundan başqa, mərkəz beynəlxalq şirkətlər, həmçinin öz ölkələrində beşinci nəsil mobil şəbəkəsinin işə salınmasına hazırlaşan digər Asiya dövlətlərindən olan operatorlar üçün sınaq platforması ola bilər.

Emil Hüseynov

PAYLAŞ