İlan zəhəri əsasında alınan cərrahi yapışqan bir neçə saniyədə qanaxmanı dayandıracaq

738

Qərbi Ontario Universitetindən (Kanada) olan tədqiqatçılar, demək olar ki, istənilən  qanaxmanın qarşısını ani olaraq ala biləcək yeni bir növ “super yapışqan” hazırlamışlar. Bunun üçün onlar əsas olaraq Botrops növ ilanların zəhərindən alınan tibbdə məşhur olan batroksobin maddəsini götürdülər. Bu, sürətli qan laxtalanmasını təşviq edən təbii bir fermentdir – yalnız istifadə üçün uyğun formatı tapmaq qalırdı.

Müasir tibbdə əməliyyatlar zamanı arzuolunmaz qanaxmanı tez bir zamanda aradan qaldırmaq üçün batroksobin və hidrogel qarışığı istifadə olunur. Kanadalı alimlər daha da irəli gedərək  hər cür yaranı müalicə edə biləcək universal bir vasitə yaratdılar. Bunun üçün onlar qan komponentlərinin kimyəvi təsirə davamlı olan və parlaq işıqda tez bərkiyən dəyişdirilmiş jelatin hazırladılar.

Belə bir super yapışqanı yaraya sıxıb lazer göstəricisindən ağıllı telefondakı fənərə qədər bir şeylə işıqlandırmaq kifayətdir. Maddə qan dövranı ilə yuyulmur, yapışma gücü fibrin yapışqanından 10 qat yüksəkdir. Gəmiricilər üzərində aparılan  təcrübələrdə super yapışqan dəri kəsilməsindən tutmuş aortanın yırtılmasına və qaraciyərin zədələnməsinə qədər müxtəlif yaralarda istifadə edilmişdir. Maksimum yara bağlanma müddəti 45 saniyə olmuş və nəticədə qan itkisi 78% azalmışdı.

Super yapışqanın bu reaksiya sürəti və gücü yaranın kənarlarını bir yerdə tutmaq üçün ənənəvi tikişlərin əvəzində onun istifadə edilməsinə imkan verir. İdeal halda Kanadalı  alimlər hər hansı bir ilk yardım dəstinə daxil ediləcək universal və təhlükəsiz bir dərman almaq istəyirlər.

PAYLAŞ